Prezident yol hərəkəti ilə bağlı sərəncam imzalayıb
- 18-10-2017, 10:18
- 60 912
Sərəncamda Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və prezidentin aktlarının “Yol hərəkəti haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılması tapşırılıb.
Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlailması və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verilməsi sərəncamda öz əksini tapıb.
Ədliyyə Nazirliyinin qarşısında isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” Qanununa uyğunlaşdırılmasını təmin etməsi vəzifəsi qoyulub.