SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Maqnit” mağazalar şəbəkəsi ifşa edildi, məhkəməyə verildi

“Maqnit” mağazalar şəbəkəsi ifşa edildi, məhkəməyə verildi

Tarix:

9-02-2017, 00:18

/ 2 182 dəfə oxundu.
“Maqnit” mağazalar şəbəkəsi ifşa edildi, məhkəməyə verildi

Gəncənin Yeni Qəsəbə bina 11, mənzil 1-də müvəqqəti yaşayan sakin redaksiyamıza məktub göndərib. Məmmədov İlham Yadigar oğlu yolladığı müraciətdə ədliyyə naziri Fikrət Məmmədova üz tutub.

O, Gəncənin Kəpəz rayon məhkəməsində iddia qaldırıb və cavabdeh Avdiyev İlqar Bayram oğlu ilə çəkişir. İddiaçı “Maqnit” mağazasını məhkəməyə verib.

Müraciəti təqdim edirik: “Gəncə şəhər Kəpəz məhkəməsinin hakimi Nuru Quliyev ədalətsiz qərar qəbul etdi. Belə görünür ki, hakim müstəqil olaraq qərar qəbul edə bilmir. Ona görə ki, “Maqnit” mağazalar şəbəkəsinin rəhbərliyinin təziyiqi ilə rastlaşıb.

Mən aşağıdakı məzmunda Gəncə şəhər Kəpəz rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdim. İşə Hakim Nuru Quliyevin icraatındadır. Nuru Quliyev 19 dekabr 2016-cı il tarixdə 26 yanvar 2017 -ci il və 7 fevral 2017-ci il tarixdə cavabdehin nümayəndəsinin iştirakı ilə baxımasına baxmayaraq bugün yəni 07 fevral 2017-ci il tarixdə məhkəmə zalında elan etdi ki, işə aidiyyatı üzrə cavabdehin yaşadığı Yasamal rayon məhkəməsinin baxması ilə bağlı qərardad qəbul etdi.

Hakimin qərardatı ədalətsizdir. Ona görə ki, Maqnit mağaza şəbəkəsinin Gəncə şəhərində Kəpəz rayon filalında fəaliyyət göstərən mağazadan mən kondisioner alaraq alqı-satqı müqaviləsi bağlamışdıq.

Belə olan halda cavabdehin etibarnamə üzrə qanunu nümayəndəsinin iştirakı ilə keçirilən məhkəmə prosesində cavabdehin nümayəndəsinin heç bir irad və təklifi olmadığı halda məhkəmənin iddiyaya baxılması üçün aidiyyəti üzrə cavabdehun yaşadığı Yasamal rayonuna göndərilməsi barədəki qərarı qanunsuzdur.

Beləki alqı-satqı müqaviləsi gəncə şəhərində fəailiyyət göstərən maqnit mağazasında bağlanmışdır. Xahiş edirəm Hakimin ədalətsiz qərəzli qərar qəbul etdiyinə görə qanuna müvafiq tədbir görülməsi üçün göstəriş verəsiniz.

Şikayətçi bunları deyib: “Mən dəfələrlə polis şöbəsinə və Gəncə şəhər prokurorlıuğuna ərizə ilə müraciət etsəm də 3 ay müddətində heç bir rəsmi və şifahi cavab almamışam.

Belə görünür ki, “Maqnit” mağazasının güclü havadarlarının dəstəyi nəticəsində mənə müsbət cavab verilmir. Odur ki, Sizdən xahiş edirəm ki, aşağıdakı göstərdiklərimi nəzərə alıb mağaza əməkdaşlarının əməllərində dələduzluq hərəkətlərinin olduğunu məhkəmə istintaq zamanı aşkar edib istintaq orqanıan göndərilməsi barədə qərar qəbul etmnəyinizi də xahiş edirəm. Mən öz pozulmuş hüquqularımın bərpasını yalnız məhkəmədə gördüyüm üçün məhkəməyə müraciət etdim.

Məlum edirəm ki Kəpəz RPŞ-nə ərizə ilə müraciət etmişdim ki, Gəncə şəhərində Dəmir yolu vağzalının qarşısında fəaliyyət göstərən “Maqnit” mağazasının məkdaşları tərəfindən aldadılaraq dəyər qiymətindən 2 dəfədən çox qiymətə Zanussi markalı kondinsioner hüquqi əsası olmayan alqı-satqı müqaviləsi ilə dırnaqarası müqavilədə göstərilən 1935 manat və digər xərcim 110 manat cəmi 2045 manata şişirdilmiş qiymətə verilməsi halları araşdırılıb qanuni qaraşdırılma aparılsın.

Ancaq RPŞ-si işi təhqiqat və ya istintaq orqanına vermək əvəzinə sahə müvəkkilinə tapşıraraq bir çox qaranlıq məqamları ört-bastır etmişdirlər.

Belə ki, müqavilədə kondinsionerin hara istehsalı olması və hansı gücə malik olması göstərilməməklə bərabər şişirdilmiş qiymətlə İtaliya brendi adı ilə Kitay(Çin) istehsalı olan 100 kv adı ilə mənə 60 kv-lıq kondinsioner sataraq kassa çeki vermədən mənim istehlakçı hüququmu pozmaqla bərabər əsassız müqavilə ilə öz dələduz hərəkətlərini ört-bast etmişdilər.

Mən dəfələrlə onlara bildirəndə ki, siz məni aldatmısınız, onlardan heç bir cavab ala bilmirdim. Mən tanımadığım müqavilədə göstərilən sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Avdiyev İlqar Bayram oğlunun izahatı alınmalı idi ki, sözügedən kondinsioner hansı illərdə gömrükdən hansı qiymətlə Azərbaycana daxil olub və nə üçün müqavilədə dəyər qiyməti göstərilməyib . Sahə müvəkkili tərəfindən işin araşdırılması üçün zəruri olan sorğular və izahatlar alınıb materiala əlavə olunmamışdır.

Şikayət verdiyim şəxslərin azahatları ilə mənim izahatım arasında kəskin ziddiyətlər olsada bilərəkdən iş istintaq orqanına göndərilməyib ki, bizlər arasında üzləşdirmə keçirilməklə tərəflər öz iddia və tələblərini sözlə yox qanuni sənədlərlə sübuta yetirsinlər.

Sözügedən mağaza tərəfindən onlarla mənim kimi şəxslərin istehlakçı hüquqları dələduzluq yolu ilə pozulmuşdur. İstintaq tərəfindən sözügedən Maqnit mağazasına işləyən şəxslərin hansı əsaslarla işləməsi işçi ilə işəgötürən arasında Əmək müqaviləsinin və ya başqa müqavilənin olub-olmaması, işçilər Əmək Məcəlləsinin tələblərinə uyğun işə götürülmüşdirsə Əmək Müqaviləsinin bağlanıb bağlanmaması araşdırılmalı, bu işdə təqsirkar olan şəxslərin məsuliyyəti müəyyənləşdirilərək müvafiq məsuliyyətə cəlb olunmalıdırlar”.

Gələn məktubda deyilir: “İşçilərin gördükləri işlərin, hüquq və vəzifələrinin hansı qaydada rəsmiləşdirilməsi, Əmək rejiminin hansı qaydada və hansı müddətdə müəyyənləşdirilməsi, əmək haqqının hansı qaydada hesablanması, əmək haqqı hesablanarkən, verilərkən, Əmək haqqından tutulmalar aparılarkən, eləcədə mağazaya daxil olan malların dəyər qiyməti fakturada (qaimədə) hansı qiymətə olması, mağazadakı malların daşınma haqqı, maqazin güzəştləri ilə birlikdə malın dəyər qiymətinin maksimum satış qiymətinin 10-15 faiz civarında olması “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun yələblərinə əməl edilib edilməməsi müəyyənləşdirilməlidir.

Müqavilədə Zanussi ZACS 18 HPR göstərilsədə dələduzluq aşkar edən fakt odur ki, göstərilməli idi ki, ZANUSSİ ZACS 18 HPR/A 15 N 1(60 KV), eləcədə buraxılış tarixi, hara istehsalı olması bilərəkdən göstərilməyib ki, dələduz hərəkətlərini qondarma müqavilə ilə ört bastr etsinlər.

Xahiş edirəm son bir ildə maqaza tərəfindən mənim kimi aldadılmış şəxslərin müqavilələrdə araşdırılsın. Məlum olacaq ki, həqiqətən sözügedən maqazində dələduzluqla istehlakçıların hüquqları pozulmaqla vətəndaşların qanunla qorunan hüququna xələl gətirirlər.

Mən İnternetdə axtarıb tapmışam və digər kondinsioner satan maqazalarla əlaqə saxlamışam mənə məlum olub ki, həqiqətən mən saxna müqavilə ilə aldadılmışam.

Bir daha xahiş edirəm Qanuna müvafiq araşdırılma aparılması üçün Kəpəz RPŞ-dən materialı tələb edib istintaq orqanına araşdırılmasına göstəriş verəsiniz ki, qrup şəkilində iş birliyi yaradaraq aldatma yolu ilə vətəndaşların qanunla qorunan hüquqlarını pozan maqaza əməkdaşları qanun qarşısında cavab versinlər.

Onların dələduz əməllərin qanun aşkar edib öz sözün deyəcək. Mən kondinsionerə dəyər qiymətindən artıq 812 manat pul ödəmişəm.

Yuxarıda şərh olunanları və Azərbaycan Respubliaksı Qanununun tələblərini rəhbər tutaraq 26.04.2016-cı ildə “Maqnit” mağazası tərəfindən bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarasınız və mağaza əməkdaşlarının dələduz əməllərinin aşkar olunub istintaq orqanlarına göndərilməsi üçün xüsusi qərardad qəbul edəsiniz”. Qarşı tərəfi dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ