"Ucar Aqro" MMC-nin toyuqlarında axundun "halal möhürü" - FOTOFAKT
- 14-10-2017, 12:50
- 88 513
"Ucar Aqro" MMC "halallıq" məsələsində digər broylerlərdən fərqli addım atmağa başlayıb. Belə ki, bu müəssisədə kəsilən toyuqların halal olmasını - yəni islami qaydalara uyğun aparılmasını rayonun axundu Hacı Elnur öz möhürü ilə təsdiq edir.
Ucar rayonunun axundu Hacı Elnurun "Ucar Aqro" MMC-nin toyuqlarının halal olmasını təsdiqlədiyi sənədin surəti sosial şəbəkələrdə yayılıb.
Axundun "Ucar Aqro" MMC-nin toyuqlarının islami qaydalara uyğun kəsildiyini təsdiqləyən sənəd geniş müzakirələrə səbəb olmaqla yanaşı, həm də, ciddi qınaq obyektinə çevrilib.
Qlobal.az