Daha bir telekanal rəhbəri vəzifəsindən azad edildi

Sosial

"ARB Kəpəz" Müstəqil Teleradio Şirkətinin rəhbəri vəzifəsindən azad olunub.

Teleşirkətin baş direktoru Fuad Cabbarov işdən çıxarılıb.

Onun səlahiyyətləri baş direktorun müavini Nofəl Dərgahova həvalə edilib.

Məlumata görə, F.Cabbarova şirkətdə başqa vəzifə verilib.