Azərbaycanda yeni yol tikiləcək - Prezident 3 milyon ayırdı
- 5-10-2017, 22:38
- 100 459
Ümumi uzunluğu 22 kilometr olan avtomobil yolunun tikintisi məqsədi ilə prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə isə 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə yolun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.