Məşhur müğənninin atası ömürlük həbs edildi
- 3-10-2017, 16:42
- 82 151
Hakim Novruz Kərimovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Q.Hüseynov ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2017-ci il martın 24-də Abşeron rayonu Saray qəsəbəsində baş verib. Qurban Hüseynov həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir və baldızı qızı 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını küt alətlə qətlə yetirib. O, hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.
Q.Hüseynov "N Brother" qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.