Ənvər Seyidov hələ də reanimasiya şöbəsində saxlanılır
- 29-09-2017, 11:23
- 90 162
Bu barədə xəstəxanadan verilən məlumatda bildirilib.
Məlumata görə, hakim hələ də Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsində saxlanılır:
“Buna səbəb onun vəziyyətinin kritik olması deyil. Bəzi mətbuat orqanlarında yazıldığı kimi, Ənvər Seyidovun beyninə qan sızmayıb, heç bir həyati təhlükəsi də yoxdur”.
Xatırladaq ki, 67 yaşlı Ənvər Seyidov 2016-cı ilin dekabrın 6-da hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Təcrübəli həkimlərin müdaxiləsindən sonra hakimin vəziyyətini stabilləşdirmək mümkün olmuşdu.