Şəhid polkovnikin xanımına vəzifə verildi
- 29-09-2017, 09:57
- 87 011
xalqxeber.az xəbər verir ki, Təhsil nazirinin əmri ilə bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova təyin olunub.
N. Axundova həmçinin, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.
Qeyd edək ki, 45 saylı məktəbin əvvəlki direktoru Nazilə Məmmədova bir müddət əvvəl Abşeron rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.