5 hakimin səlahiyyət müddəti bitdi

Sosial

Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən 5 hakimin səlahiyyət müddəti başa çatıb.

Məlumata görə, bunlar- İradə Həsənzadə, Rauf Əliyev, Rasim Sadıxov, Eynulla Vəliyev və Əhməd Quliyevdir.

Bununla bağlı müvəqqəti olaraq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir.

Qeyd edək ki, hakimlərin 5 ildən bir səlahiyyət müddəti başa çatır. Bu müddət ərzində yoxlamalar aparılır və bunun nəticəsində müddətin uzadılması məsələsinə baxılır.