"Kəhriz" kəllə qəndi qəsdimizə durub? - "Nədən nəzarətdən keçməmiş mallar birbaşa süfrəmizə yol tapır?"
- 27-09-2017, 11:20
- 42 502
Redaksiyamıza yazan Bakı sakini bildirir ki, Yasamal ərazisində yerləşən çayxanalrın birində onlara belə qənd təklif olunub. Çayxana işçilərinə etiraz olunanda isə onlar "Kəhriz" qəndi olduğunu və Yasamaldakı marketlərin birindən aldıqlarını deyiblər. Narazı vətəndaş yazır: "Nədən bu istehsalçılara kimsə nəzarət etmir? Nədən nəzarətdən keçməmiş mallar birbaşa süfrəmizə yol tapır? Deməli, onlar bizi istədikləri vaxt zəhərləyə də bilərlər".
Göndərilən aşağıdakı fotoda isə "Kəhriz" kəllə qəndinin içindən taxta parçasının çıxdığı aydın şəkildə görünür:
DİA.AZ