Üfunət iyindən Mədəniyyət evinə girmək mümkün deyil
- 26-09-2017, 19:50
- 51 915
Bu barədə bizimyol.info-ya Bilgəh sakini Kamran Mirzəzadə bildirib.
O deyir ki, acınacaqlı vəziyyətlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə dəfələrlə müraciət ediblər: “Bu qurum da bizim etdiyim müraciəti Sabunçu rayon İcra Hakimiyyətinə göndərib. Yerli icra hakimiyyəti də müraciətimizə baxılması üçün bələdiyyəyə göndərib. Nəticə budur ki müsbət dəyişiklik baş verməyir. Mədəniyyət evinin tavanı çöküb, “pol”u çürüyüb. Otaqların şəraiti bərbad vəziyyətdədir. Üfunət iyisidən Mədəniyyət evinə daxil olmaq mümkünsüz deyil”.