“Onu öldürmək niyyətim yox idi, peşmanam” - Fikrət Qocanın oğlunun qatili
- 26-09-2017, 11:30
- 55 627
Hakim Novruz Kərimovun icraatında olan prosesdə baxış iclası keçirilib.
Təqsirləndirilən E.Nəhmədov ifadə verərək Yalçın Qocayevi öldürmək istəmədiyini deyib: “Mən Yalçınla yaxın dost idim. Onu öldürmək niyyətim yox idi, peşmanam”.
Məhkəmə prosesi oktyabrın 2-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2017-ci il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin binasında baş verib.
Yolçu Qocayev, tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində döyülərək öldürülüb.
P.Hüseynov və R.Məmmədov xuliqanlıqda, E.Nəhmədov isə xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilir.