Bakıda sərnişin avtobusunda təhlükəli anlar – Qız açıq qapıda sallanır (Video)

Sosial

Paytaxtda sərnişindaşıma ilə məşğul olan avtobuslardan birində təhlükəli görüntü qeydə alınıb.
66 saylı marşut üzrə hərəkət edən avtobusun sürücüsü təhlükəsizlik qaydalarına riayət etmir.
“Ölkə.Az” saytına oxuculardan birinin göndərdiyi videoda avtobus hərəkət edərkən qapının açıq olduğu və bir gənc xanımın qapıdan sallandığı görünür.
Qeyd edək ki, video dünən çəkilib.