Sabunçu xəstəxanasında dəhşət: Meyit xəstəxananın ortasında qaldı – VİDEO

Sosial

Dünən Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasında xoşagəlməz hal baş verib. Belə ki xəstəxanada vəfat edən şəxsin meyiti ortalıqda qalıb. İzləyicinin göndərdiyi videodan bu daha aydın görünür.
Məlum olur ki, bu tibb müəssisəsinin işçiləri meyiti xəstəxananın dəhlizinə çıxarmaqla işini bitmiş hesab ediblər.
Xəstəxanaya yaxınlarınını ziyarət etməyə gələn ziyarətçilər xoşagəlməz görüntüdən təsirləniblər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə informasiya sorğusu göndərilib.





bizimyol.info