Bir ayın içində ölən bacı-qardaşın valideynindən qəribə qərar
- 25-09-2017, 11:26
- 35 634
“Qafqazinfo” nəticələrin cavablarının necə olduğunu öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, valideynləri uşaqlar üzərində ekspertiza aparılmasına icazə verməyib:
“Ekspertiza olmadığına görə də onların dəqiq ölüm səbəbi də məlum deyil. Qeyd edim ki, valideynlər bir-birinə qohumdurlar”.
Xatırladaq ki, Sabirabadın Həşimxanlı kəndində kənd sakini, 3 yaşlı Əlvan Əsədli və onun 5 yaşlı bacısı Səma Əsədli bir ayın içində naməlum səbəbdən qəfildən dünyasını dəyişib.