Azərbaycanda balıq mövsümü başlayır

Sosial

Sentyabrın sonuncu həftəsindən etibarən Azərbaycanın cənub bölgəsində balıq mövsümü başlayır.

Yağışda, küləkdə, soyuqda sərt dalğalara sinə gərən balıqçılar yeni mövsümə hazırlıq işləri görürlər. Hər il sentyabrın ikinci həftəsindən başlayaraq, dənizə ova gedən, ovdan qayıdan balıqçı qayıqlarını görmək olurdu. Bu il balıq mövsümü bir qədər gecikib.

Balıqçı Səxavət Həsənov bunun səbəbini belə izah edib: “Bu il havaların isti olması balıq mövsümünü gecikdirib. Hava isti olanda suda oksigen az olur. Balıqlar sahilə gəlmir, dərində sərin suları daha çox bəyənirlər”.

Dənizdən tutulan əsas balıqlar isə əsasən kütüm, külmə, şamayı, suf, çəki, çapak, kefal balıqlarıdır. Ən çox tələbat isə kütüm balığınadır.