Azərbaycanda kişi arvadını və qızını qumbarayla hədələdi

Sosial

Cəlilabad sakinindən qumbara götürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 20-də Cəlilabad rayonunun Göytəpə şəhər sakini olan bir qadın PB-yə müraciət edərək həmin gün əri Fərhad Cəfərov tərəfindən onun və qızının döyülməsini, habelə qumbara ilə hədələnməsini bildirib.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən F.Cəfərovun evinə baxış zamanı oradan 1 ədəd "T-N-1” markalı qumbara aşkar edilərək götürülüb.