Bakıda qırda yandırılan it belə xilas edildi - VİDEO
- 21-09-2017, 12:50
- 100 762
AzNews.az xəbər verir ki, Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi üzərinə qır tökülərək yandırılan balaca it balasını xilas edib. Zorakılığa məruz qalan bala it mərkəzdə müəyyən vaxtda reabilitasiya keçib. Tamamilə sağalan itin artıq ailəsi də var. Heyvansevərlərdən biri sahibsiz it balasına sahiblənərək onu himayəsinə götürüb.