Sakinlər “lift aksiyası” keçirəcək – Cavabdehlərə XƏBƏRDARLIQ
- 19-09-2017, 19:23
- 54 654
“Bir gün kimsə bu şəhərciyin 27-ci blokunda ürək tutmasından öləcək. Blokda lift işləmir. İnsanlar hər gün bir neçə dəfə əlində ağır yük 11-ci mərtəbəyə qədər qalxır. Blokun çində zibildən tərpənmək olmur. Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov şəxsən deyir ki, bu şəhərciyə görə cavabdeh deyillər. Xəstə, qoca, qucaqlarda uşaqlar, əllərdə ağır torbalarla hamı liftsiz qalxıb-düşür. Bir gün kiminsə ürəyi dayanacaq”.
S.Məmmədlinin sözlərinə görə, “Akkord” şirkəti də məsələ ilə əlqədar hər hansı münasibət bildirmir: “Şirkət də deyilənləri qulaqardına vurur. 2 gün ərzində lift düzəlməsə, Azərbaycanda bir yaşayış bloku aksiyaya başlayacaq. Yerli icra orqanı, yerli polis şöbəsi də məsələdən xəbərdar olsun”.