“Nardaran işi”nə görə tutulanlara 180 il cəza istənildi
- 18-09-2017, 13:12
- 54 324
Hakim Zeynal Ağayevin icraatında olan prosesdə təqsirləndirilən şəxslərə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək Zülfüqar Mikayılovun 18 il, Ruzi İsmayılovun 16 il, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev, Elman Ağayev, Mehman Quliyev və Faiq Allahverdiyevin hər birinin 15 il, Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənovun hər birinin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.