Cərimə və rüsumları telefonla ödəmək olacaq

Sosial

"İnnovasiyalar mərkəzi" QSC yaxın vaxtlarda "ASAN Ödəniş" ödəmə sisteminin mobil əlavəsini təqdim edəcək

Bu barədə mərkəzdən məlumat verilib.

Əlavə vasitəsilə cərimələri, rüsumları, kommunal xidmətləri və digər ödəmələri həyata keçirmək olar.

Bu əlavədən "e-imza", "ASAN İmza" vasitəsilə, adi qeydiyyatla və ya qeydiyyatsız istifadə etmək olar.

Əlavədə qeydiyyatdan keçmiş istifadəçilər üçün "şəxsi kabinet", müxtəlif ödəmələr barədə şikayət göndərmək imkanı, "108" çağrı mərkəzi ilə birbaşa əlaqə və digər funksiyalar olacaq.