Bakıda stadionun yerinə şadlıq sarayı tikilir
- 7-09-2017, 14:28
- 110 138
Ancaq təəssüflər olsun ki, bu proses proqramın müddətinin bitməsi ilə dayandı. Tikilən stadionların bir çoxu yararsız hala düşdü. Bununla yanaşı, paytaxtımızda olan, sovetlər dönəmindən qalma bir çox stadion dağıdıldı. Onlardan biri uzun illərdir “Razin stadionu” kimi tanınan, Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yaşıl meydançadır.
Sportfm.az saytının əməkdaşı stadiona baş çəkdikdə, ərazidə qızğın tikinti işləri getdiyinin şahidi olub. Orada çalışan fəhlələrin əməkdaşımıza verdiyi məlumata görə, ərazidə şadlıq sarayı inşa edilir.