“26 Bakı Komissarı” küçəsinin adı dəyişdiriləcək
- 7-09-2017, 12:06
- 61 957
Məsələylə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, həqiqətən də rayonun ərazisində bu adda küçə var. Eyni zamanda Sovet dövründən qalan “Anaşkin” küçəsi və digər belə küçələr mövcuddur. Lakin küçələrin adlarının dəyişdirilməsi proses şəklində həyata keçirilir. Məsələn, son bir ildə Nardaranda 22 küçənin adı dəyişdirilərək yeni adlar verilib.
Sözügedən “26 Bakı Komissarı” və digər küçələrlə bağlı yaxın bir ay ərzində işlər görüləcək. Hazırda yeni adlar təklif kimi hazırlanır və Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək.