DTX narkotiklərlə bağlı açıqlama yaydı
- 30-08-2017, 12:23
- 139 584
Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən daxil olan xəbərə görə, faktlarla bağlı 11 cinayət işi başlanılıb, bu hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycanın 24 və İran İslam Respublikasının 1 vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub. Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 14 kiloqram heroin, 14 kiloqram tiryək, 12 kiloqramdan artıq qurudulmuş marixuana, 4 kiloqram 500 qram həşiş və psixotrop maddə olan 1531 ədəd həb, eləcə də həmin şəxslərdən 1 ədəd “Makarov” tipli tapança və ona aid daraq, 2 ədəd tüfəng və xeyli sayda müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsi üzrə digər faktlarla bağlı 287 nəfər barəsində məlumatlar müvafiq araşdırmalar aparılması üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilib.