İnterpol azərbaycanlını axtarışa verdi
- 29-08-2017, 17:52
- 57 020
Axtarışa verilən Azərbaycan vətəndaşı Rüfət Hökməliyev dələduzluqda təqsirləndirilir.
1977-ci il təvəllüdlü R.Hökməliyev Azərbaycanın məhkəmə orqanı tərəfindən istintaqa cəlb edilsə də, o, istintaqdan yayınıb.
Onun barəsində həbs-qətimkan tədbiri seçilib və axtarışa verilməsi barədə qərar çıxarılıb. Məhkəmənin qərarı əsasında İnterpol R.Hökməliyev barəsində beynəlxalq axtarış elan edib.