Prezident Astarada yolun tikintisinə 8,5 milyon ayırıb
- 28-08-2017, 17:39
- 57 204
Sərəncama əsasən 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.