Yanğına görə təxliyə olunan sakinlər evlərinə qaytarıldı
- 27-08-2017, 20:40
- 53 818
Bu barədə Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, əhalinin müvəqqəti olaraq təhlükəsiz yerlərdə yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatlarının təmin edilməsi üçün tədbirlər davam etdirilir.
Xatırladaq ki, silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhali təxliyə olunmuşdu.