12 yaşlı qız anasının sevgilisindən hamilə qalıb - Açıqlama

Sosial

Balakəndə 12 yaşlı qızın hamilə qalması ilə bağlı yeni məlumat əldə edilib.

Balakən rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə azyaşlı ilə intim əlaqədə olan təqsirləndirilən şəxs artıq tutulub. Bu, 12 yaşlı qızın anasının vətəndaş nikahında qeyri-rəsmi yaşadığı şəxsdir:

“Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda cinayət işi başlanılıb və istintaq davam edir. Belə ki, təqsirləndirilən şəxs tutulub və barəsində həbs qətimkam tədbirləri görüləcək.

Qeyd edək ki, bu şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur”.