Naxçıvanın daxili işlər naziri təyin olundu
- 25-08-2017, 21:39
- 103 158
“Qafqazinfo”nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, bu gün Muxtar Respulikanın daxili işlər naziri vəzifəsinə hazırda Naxçıvanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi vəzifəsini tutan general-mayor Fazil Ələkbərov təyin olunub.
Qeyd edək ki, Naxçıvan DİN-nin keçmiş rəhbəri Əhməd Əhmədov külli miqdarda narkotik qalmaqalına görə vəzifəsindən azad olunub.
Bu posta təyinatla bağlı KİV-də çoxlu sayda materiallar dərc olunub. Bir neçə gün öncə Rafiq Abbasovun bu vəzifəyə təyin olunduğu yazılsa da, sonradan bu məlumatlar təkzib olundu.