Bakıda bu əraziyə 12 gündür su verilmir
- 22-08-2017, 12:36
- 82 605
Bu haqda müraciət edən sakin dəfələrlə qaynar xəttə, su idarəsinə yazılı və şifahi müraciət edib. Əraziyə bir həftə sonra su göndərilib. Lakin qonşular arasında ayrı-seçkilik edilib və ona su verilməyib.
"Avqust ayı ərzində cəmi 2 ton su verilib. Normalda həftədə 2 dəfə ev su ilə təmin olunurdu. 12 gündür su verilmir. Dəfələrlə qaynar xəttə zəng edib bildirmişik. İdarədən 9 gün sonra su göndərdilər. Onda da sürücü bir-iki "seçilən" qonşuya su verib getdi".
Qeyd edək ki, həmin ərazidə su xətti yoxdur. Sakinlərin suyu "Azərsu"nun göndərdiyi su maşınları ilə təmin olunur.