Dünyaca məşhur fenomen və azərbaycanlı blogerdən Dubayda ortaq əmlak layihəsi
- 17-07-2025, 18:07
- 1 105
Xalqxeber.az xəbər verir ki, bu barədə A.Sadiq öz instaqram hesabının hekayə bölməsində paylaşım edib.
Bu əməkdaşlığın Azərbaycandan Dubayda daşınmaz əmlak almaq istəyənlər üçün unikal fürsətlər təqdim edəcəyi gözlənilir. Layihə çərçivəsində sərfəli qiymətlər, etibarlı investisiya imkanları və tam hüquqi dəstək təmin olunacaq.
Ayda Sadik və Ramal İsayev bildirirlər ki, məqsədləri həmvətənlərimizin Dubay kimi sürətlə inkişaf edən bir şəhərdə rahat və təhlükəsiz şəkildə əmlak sahibi olmasını təmin etməkdir.
Ətraflı məlumat və ilkin qeydiyyat üçün tezliklə rəsmi elanlar paylaşılacaq.