“Turan”ın ofisində axtarış başladı

Sosial

“Turan” İnformasiya Agentliyinin ofisində axtarış aparılır.

Bu barədə vəkil Fuad Ağayevin məlumat yayıb. Vəkilin sözlərinə görə, bu gün səhər saatlarından redaksiyada müstəntiqlər tərəfindən axtarışa başlanılıb.

Məlumat üçün bildirək ki, bir müddət öncə agentliyə qarşı vergidən yayınmaya görə cinayət işi başlanılıb.

Azpolitika.info