Neftçalada tapılan meyit Bakıda itkin düşən neftçilərdən birinindir
- 1-02-2017, 21:12
- 1 701
Məlum olub ki, bu gün səhər saatlarında Xəzər dənizində tapılan, ötən il dekabr ayının 15-də estakadanın Xəzər dənizinə uçması nəticəsində itkin düşmüş 9 neftçidən birinin, 60 yaşlı operator Hacıəliyev Həsənağa Hüseynağa oğlunun meyitidir.
Hazırda meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Birliyinin Salyan rayonlararası zona mərkəzinə gətirilib.