Prezident sərəncam verdi - Bu qurumlara pul ayrıldı
- 15-08-2017, 09:29
- 58 901
xalqxeber.az xəbər verir ki, mədəniyyət sahəsinə dövlət qayğısının gücləndirilməsi, mədəniyyət obyektlərinin tikintisi və təmiri işlərinin davam etdirilməsi, habelə bərpa-tamamlama işlərinin sürətləndirilməsi məqsədi ilə verilən sərəncamda aşağıdakılar nəzərdə tutulub.
1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 6,987 milyon (altı milyon doqquz yüz səksən yeddi min) manat, o cümlədən:
1.1. Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,272 milyon (bir milyon iki yüz yetmiş iki min) manat;
1.2. Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,932 milyon (bir milyon doqquz yüz otuz iki min) manat;
1.3. Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin tikintisinin və təchizatının tamamlanması üçün 1,208 milyon (bir milyon iki yüz səkkiz min) manat;
1.4. Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 21 nömrəli Musiqi Məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün 1,370 milyon (bir milyon üç yüz yetmiş min) manat;
1.5. Bərdə şəhərində yerləşən “Allah-Allah” türbəsinin bərpası işlərinin tamamlanması üçün 1,205 milyon (bir milyon iki yüz beş min) manat vəsait ayrılsın.