“Neptun” Supermarketindən aldığı şokoladın içindən qurd çıxdı - FOTOLAR

Sosial

Nəcəfquli Rəfiyev küçəsində yerləşən “Neptun” Supermarketindən alınmış şokolad qurdlu çıxıb.

Bu barədə müraciət edən alıcı uşaq şokoladı yeyərkən onun qurdlandığını gördüyünü deyib:

“1 yaşlı uşaq şokaladı yeyərkən onun qurdlandığını gördük. Dərhal uşağı özəl xəstəxanaların birinə apardıq. “Neptun” Supermarketlər şəbəkəsindən alış-veriş edən insanlara bildirmək istəyirəm ki, diqqətli olsunlar”, - deyə şikayətçi vurğulayıb.