Nail Allahverdiyevin qurbanları Türkiyəyə aparıldı
- 9-08-2017, 11:50
- 138 938
Bu barədə məlumatı onların müalicə aldığı Baku Medikal Plazanın Baş həkiminin müavini verib. O, bildirib ki, yaralılar Ankarada yerləşən xəstəxanalardan birinə köçürülüblər.
Həkim qeyd edib ki, köçürülmə xəstələrin xahişi ilə baş tutub. Hazırda səhhətləri stabildir.
Xatırladaq ki, sözügedən qəza nəticəsində Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş xəsarət alıblar.