Dövlət Bayraq Meydanındakı bayraq dirəyi götürülür? (RƏSMİ)
- 5-08-2017, 12:22
- 88 518
Məlumata görə, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov açıqlamasında deyib ki, dirəyin götürülməsi barədə məlumatlar həqiqəti əks etdirmir.
O qeyd edib ki, artıq Dövlət Bayrağı Meydanının yaradılmasından 7 il keçir: “Meydanda quraşdırılan dirək texniki göstəricilərinə görə texnoloji cəhətdən mürəkkəb qurğudur. Təlimata uyğun olaraq, həmin dirəyə mütəmadi şəkildə ümumi texniki baxış və qiymətləndirilmə işləri keçirilir. Bu dəfə əsaslı texniki baxış olacaq”.