XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » YÜZLƏRLƏ GƏNCİN HƏYATINI MƏHV EDƏN KOROĞLU MMC-İ

YÜZLƏRLƏ GƏNCİN HƏYATINI MƏHV EDƏN KOROĞLU MMC-İ

YÜZLƏRLƏ GƏNCİN HƏYATINI MƏHV EDƏN KOROĞLU MMC-İ
5-08-2017, 10:22

4 il əvvəl 2013-cü ildə mən Əliyev Rauf Hidayət oğlu Koroğlu MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğum yüksək vəzifədən imtina edərək ayrıldım. Mənim bu addımımı özünə qarşı hörmətsizlik kimi qəbul edən Tahir Əliyev bu addımı atmazdan əvvəl yaxşı fikirləşməyimi, əks təqdirdə həyatımı məhv edəcəyini bildirdi. Mən bu təhdidə baxmayaraq işdən ayrıldım. Koroğlu MMC-nin direktoru Tahir Əliyev isə həmin gündən mənə qarşı prinsipial addımlar atmağa başladı. Başqa şirkətlərdə işə qəbulumda öz əlaqələri vasitəsi ilə maneələr yaratdı. Mənə dəfələrlə təhdid və hədə-qorxularla geri Koroğlu MMC-nə dönməyimə məcbur etmək istədi. Tahir Əliyevin məndən Koroğlu MMC-nə geri dönməyimi təkidlə tələb etməsinin əsas səbəbi orada işlədiyim 4 il müddətində yüksək vəzifələri icra etdiyimdən , şirkət rəhbərliyinin işçilərə qarşı apardığı gizli oyunlardan və qanunsuzluqlardan ətraflı məlumatımın olmasını özünə qarşı böyük təhlükə kimi görməsi idi. Amma mən yenə də fikrimdən dönmədim. Bu zaman isə 2015-ci ildə mənə qondarma ittihamla cinayət işi açdıracağını bildirdi və Sabunçu rayon Prokurorluğuna uydurma şikayətini göndərdi. Şikayətin əsassız və rəsmi heç bir fakta əsaslanmadığına görə icraata alınmadı. Bu zaman 2016-cı ildə Tahir Əliyev öz əlaqələrini və gücünü işə salaraq şikayəti Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına alınmasına nail oldu. İdarədə aparılan ibtidai istintaq zamanı mənim təqsirimi sübuta yetirəcək heç bir RƏSMİ sübüt olmadığına görə, işə baxan müstəntiq Rafail Şahvələdov məni təhdid etməyə başladı və bu işin yuxarıdan tapşırılmasını əsas gətirərək mənim qarşıma 1 çıxış yolu qoydu.Depozit olaraq idarənin bank hesabına 20 000 AZN ödəməyimi : bununla da məhkəməyə çöldən gedəcəyimə və məhkəməni udduğum zaman məbləğin geri qaytarılacağını bildirdi. İstintaqın sifarişli və qərəzli aparıldığını görərək , evimi satıb Depozit olaraq 20 000 AZN ödəmək qərarına gəldim. Bunu etməyimə səbəb : azadlıqda olub haqq səsimi lazımı şəxslərə çatdıra bilməyim idi. Müstəntiq isə bu ödənişi məndən Depozit adı ilə alıb , şirkətin hesabına ödədi. Bununla da mənə təqsirləndirilən şəxs statusu verərək İttiham aktını Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdi. 11 Aprel 2017-ci il tarixindən barəmdə qaldırılan CM-nin 179.3.2 maddəsi ilə cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun icraatındadır.
Bu müddət ərzində barəmdə qaldırılan cinayət işinin materialları ilə yaxından tanış olaraq ( 21 cild) orada əks olunan qanunsuz faktları aşkarlayaraq, Ərizə ilə Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova , Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova müraciətlər etmişəm.
Qara mühasibatlıqdan istifadə edərək real dövriyyəsindən dəfələrlə aşağı rəsmi dövriyyə göstərərək Dövlətə tam vergisini ödəməyən, istifadə müddəti bitmiş malların tarixini yeniləyərək satışa çıxardan , zay məhsullara görə yazılan cərimələrlə yüzlərlə gəncin həyatını məhv edən, intihara sövq edən şirkət hal-hazırda özünü ZƏRƏRÇƏKMİŞ kimi təqdim edir
Ölkə rəhbərliyinin sahibkarlara göstərdiyi diqqət və qayğıdan yararlanaraq yalnız öz mənafeyini düşünən, gözəgörünməz Ağsaqqal adlandırdıqları havadarlarının adı ilə apardıqları qanunsuzluqlara qanuni don geydirə bilmələrini nümayiş etdirərək , yüzlərlə gəncin həyatını məhv edən Koroğlu MMC-nin apardığı idarəetmə sisteminə qarşı apardığım açıq mübarizəmi sonuna kimi davam etdirməyimi özümə mənəvi bir borc bilirəm. 4 il ərzində mənim yaşadıqlarımın gələcəkdə Koroğlu MMC-nin gənc işçilərinin başına gəlməməsi üçün bunu etməliyəm . Artıq bu qanunsuzluqlardan lazımi Dövlət qurumları xəbərdar olmalıdır.
Bütün bunları yaşayaraq, məhkəmədə təqsirləndirilən şəxs kimi iştirak etməyimə baxmayaraq qanun və ədalətin aliliyinə güvənərək bu uydurma ittihamın ifşa olunacağına inanıram.
Şirkətin idarəetmə sistemindən 1-ci müddəa: İstifadə müddətinə 15 gün qalmış məhsullar DOM planı (Diqqətdə olan mallar) adı altında Ticarət nümayəndələri vasutəsi ilə marketlərə satdırılır. 15 gün sonra avtomatik olaraq həmin mallar zay məhsul kimi marketlərdən geri qaytarılır. Bu zaman qaytarılan malların məbləğinin 90%-i nisbətində Ticarət nümayəndəsinin hesabına cərimələr yazılır. Bununla da Ticarət nümayəndələri faktiki şirkətə borclanmış olurlar. Şirkət rəhbərliyi isə bundan istifadə edərək Ticarət nümayəndələrinə istədiyi satış şərtini diqtə etməyə başlayır. Faktiki olaraq şirkət əməkdaşlarının 80%-nin şirkətə borcu mövcuddur. Bununla da yüzlərlə gəncin həyatı məhv olur. Bu dözüm gətirə bilməyənlər isə hətta intihara belə əl atırlar. İşlədiyim müddət ərzində 2 intihar halının şahidi olmuşam.
Koroğlu MMC-nin idarəetmə sistemi haqqında digər məlumatları da təqdim etməyə hazıram.

Hörmətlə : Rauf Hidayət oğlu

xalqxeber.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.