Abituriyentlərin diqqətinə: İxtisas seçimində bu keçid ballarından İSTİFADƏ EDİN!
- 31-07-2024, 15:18
- 1 062
Dövlət İmtahan Mərkəzinin açıqlamasında qeyd edilib ki, builki keçid balları müsabiqə nəticəsində formalaşacaq.
DİM-dən bildirilib ki, abituriyentlər ixtisas seçimi zamanı keçən il formalaşmış keçid ballarından istifadə edə bilərlər.
“Keçən il formalaşmış keçid balları 2 nömrəli "Abituriyent" jurnalında dərc olunub. Abituriyentlər istiqamət götürmək üçün həmin ballara baxa bilərlər. Ancaq nəzərə almaq lazımdır ki, həmin ballar dəyişə də bilər. Çünki keçid balları müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olunan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır”, - deyə DİM-dən bildirilib.