Sabah bu rayonlarda qaz olmayacaq
- 27-06-2024, 19:50
- 339
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (rayonun 39 kəndi, 2 qəsəbəsi və 55 qeyri-yaşayış sahəsi ) və Lənkəran rayonunun (Liman şəhəri və rayonunun 13 kəndi və 78 qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.