Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
- 18-06-2024, 13:34
- 588
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.