Alxasov vəzifədən alındı... AMMA BU DA AZDIR! - ÇÜNKİ...
- 6-06-2024, 11:37
- 562
Dia-az.İnfo xatılrladır ki, Qusara rəhbərlik etmiş Alxasov vəzifədən məhz Meşə Fonduna aid torpaq sahələrini dədə malı kimi satması səbəbindən cəzlandırılıb. Ən azından belə idida olunur və bu iddialar şübhə doğurmur. Qusardakı MEŞƏ ZƏBTİ faktı isə ilk olaraq "EcoFront" tərəfindən ictimailəşmişdi...
Bunu xatırladan sözügedən qurumun nümayəndəsi Cavid Qara yazır: "Prezidentin sərəncamı ilə Qusar Rayonunun icra başçısı Şair Alxasov vəzifəsindən azad edildi.
Cənab Prezident, Qusar meşəsinin qanunsuz özgəninkiləşdirilməsi ilə bağlı müraciətimizi nəzarətə götürdüyünüz üçün sizə dərindən təşəkkür edirik. Ümid edirik bu məsələdə sərgilədiyiniz mövqe bu cür dağıdıcı fikirlərə düşən digər məmurlara da dərs olacaq..."
Dia-az.İnfo bildirir ki, sosial şəbəkələrdə eyni zamanda Şair Alxaosv barəsində hüquqi ölçünün götürülməsinin də zəruriliyi qeyd olunur. Yəni əgər Alxasov vəzifədən məhz MEŞƏ QIRĞININA görə alınıbsa, deməli cinayət törədib və bu cinayət əməlinə görə, vəzifədən azad olunma yetərli cəza hesab olunmur...
Mövzu diqqətimizdədir...