Şuşanın iki məktəbi Xocalının tabeliyinə verilir
- 23-05-2024, 15:34
- 432
Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib.
Qərara əsasən, “Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəb” sözləri “Xocalı rayonu Malıbəyli kənd tam orta məktəbi”; “Şuşa rayonu Quşçular kənd tam orta məktəb” sözləri isə “Xocalı rayonu Quşçular kənd tam orta məktəbi” sözləri ilə əvəz ediləcək.