6 tələbənin ölümü ilə bağlı istintaq tamamlandı
- 27-07-2017, 18:24
- 114 234
Hakim Novruz Kərimovun icraatında olan prosesdə şahidlər ifadə verib.
YPX əməkdaşı Eldar Məmmədov N.Hüseynovun idarə etdiyi “Qazel”in içində tələbələrin ayaq üstə dayandığını görmədiyini deyib: “Həmin gün isə ümumiyyətlə, o avtobusu görməmişəm”.
Qəza görüntülərində N.Hüseynovun ötməyə çalışdığı yaşıl rəngli “Ford”un sürücüsü Rauf Seyfullayev də ifadə verib. O deyib ki, qəzadan sonra qorxduğu üçün ərazidən qaçıb: “Hazırda sürücülük vəsiqəmə həbs qoyulub. Bu işə görə məhkəmə qərar çıxarıb. “Ford”u da satmışam. Mən heç bir avtoxuliqanlıq etməmişəm. Kamera görüntüləri də var ki, günahım yoxdur. Öz 90-lıq yolumla saatda 80 km-lə getmişəm. Sərnişinləri qanunsuz daşımışam. Heç bir dövlət qurumu ilə müqavilə bağlamamışdım”.
Məhkəmə istintaqının tamamlandığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Proses avqustun 1-də davam etdiriləcək. Növbəti iclasda N.Hüseynova cəza istəniləcək.