İsrail Qəzzanın şimalında əməliyyata BAŞLADI
- 12-05-2024, 11:00
- 774
Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib.
“Biz HƏMAS-ın son həftələrdə Cəbəliyyədə hərbi potensialını bərpa etmək səylərini aşkar etdik və bu təhlükəni aradan qaldırmaq üçün bölgədə əməliyyatlar həyata keçiririk”, - deyə o qeyd edib.
Həcəri əlavə edib ki, Qəzza şəhərinin Əz-Zeytun bölgəsində İsrail hərbçiləri döyüşlər zamanı 30 silahlını məhv edib.