“Dostluq”parkına görə tutulanlardan biri azadlığa buraxıldı
- 26-07-2017, 17:33
- 82 871
F.Quliyev Nizami rayon Məhkəməsinə müraciət edərək cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini istəyib.
Müalicə Müəssisəsində saxlanılan F.Quliyevin istəyi təmin edilib və o Məntəqə Tipli Cəza Çəkmə Müəssəsinə keçirilib. Bununla da, F.Quliyev azadlığa çıxıb.
Qeyd edək ki, bu iş üzrə təqsirləndirilənlər - Etibar Məmmədov 7 il, Famil Quliyev 6 il, Tərlan Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.