Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
- 28-03-2024, 09:51
- 424
Məhəmməd Peyğəmbər (s) buyurub: "Qədr gecəsini Ramazanın son on gecəsinin tək gecələrində - ayın axırına doqquz, yaxud yeddi, yaxud da beş (gecə) qalmış axtarın".
Qədr gecələrində müsəlmanların ayıq-sayıq qalıb ibadət etdiklərinə görə bu gecələrə həm də “əhya gecələri” deyilir. Qeyd edək ki, “əhya” – ərəb dilində oyaq, diri qalmaq mənasını daşıyır.
Peyğəmbər (s) həmin gecənin dəqiq vaxtını bizə söyləməyib. Bunda məqsəd yəqin ki, daha çox əhya saxlamaq və Allaha ibadət etməkdir.
Xatırladaq ki, bu il Orucluq martın 11-də başlayıb.
Qədr gecəsi Allahın kitabının - Quranın nazil olduğu gecədir.
Qafqaz Müsəlmanları İdarəsinin bu il üçün tərtib etdiyi Ramazan təqviminə görə, Qədr gecələri martın 28-nə, 30-na, aprelin 1-nə və 5-nə düşür.
Aprelin 10-u və 11-i Fitr bayramıdır.