Kəmaləddin Heydərov rusiyalı həmkarına başsağlığı verdi
- 23-03-2024, 13:24
- 540
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məktubda Moskva vilayətindəki “Crocus City Hall”da törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı və ağır fəsadlarla əlaqədər qarşı tərəfə başsağlığı çatdırılıb.
Nazir həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.
Xatırladaq ki, ötən axşam Moskvada “Crocus City Hall” mərkəzində terror aktı baş verib, nəticədə 80-dən çox şəxs ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.