Bu hərbçilərə mənzil verildi
- 15-03-2024, 11:21
- 675
Bu barədə Müdafiə Nazirliyi məlumatı yayıb.
Mərasimdə hərbi qulluqçuların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və media mənsubları iştirak edib.
Şəffaflıq və ədalətlilik prinsipi nəzərə alınmaqla, seçim əsasında Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında hərbi qulluqçuların ailələrinə mənzillər təqdim edilib.
20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların ailə tərkibi nəzərə alınmaqla onlara müvafiq sahəsi olan mənzillər verilib.