Qızılca ilə bağlı məktəblər bağlana bilər?
- 29-02-2024, 15:35
- 887
Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib: “Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək digər uşaqlarla yaxın təmasda olmasınlar. Övladlarınızın peyvənd olunmasını tövsiyə edirik”.